1 2 3 4 5 6 7 8 9 10 ... 77

Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol - səhifə 7

səhifə7/77
tarix13.11.2017
ölçüsü2.64 Kb.

22


sı üçün bədənin və ruhun müəyyən istək və tələbatını əxlaq nor-
malarına uyğun ən müxtəlif vasitələrlə sakitləşdirmək olar. Lakin 
müsbət mənada görülən hər hansı bir iş üçün qoyulmuş qadağalar 
olmamalıdır. Düzdür, burada iki variant yaranır: – qadağalar qo-
yulduqca kükrəklik artır, bəlkə elə yaxşı işlər üçün də qadağalar 
qoyaq? Xeyr. Çünki sənə məlum deyil sənin ömür payın. Hər anın 
işi öz vaxtında görülsə yaxşıdır. Üstəlik keçici həyatda bədənin və 
ruhun hər an üçün öz daxili istək və tələbatı var. Deməli, hər hansı 
müsbət iş üçün qadağalar qoymaq lazım deyil. Üstəlik əlavə zəh-
mət və səylə bu istiqamətdə görülən işləri sürətləndirmək lazımdır. 
Ancaq bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, ruhun istək 
və tələbatı nə qədər güclü olsa sənin görəcəyin işin nəticəsi bir o 
qədər yaxşı olacaqdır. Bədənin tələbatı yaşamaq üçün yaxşı, həm 
də  lazımsız  istəklərə  görə  yaxşı  olmaya  da  bilər.  Ruhun  tələbatı 
isə əsasən yaxşı olur. İnsan ruhu bu dünyada olan maddəliklərin 
yaratdığı haldan bəhrələnir. Hər hansı bir yaxşı hal ruhun rahatlığı-
dır, hər hansı bir xoşagəlməzlik ruhun sıxıntısıdır. Həm də bir şeyi 
qeyd etmək lazımdır ki, ruhun çırpıntılar içərisində yaşamasa sən 
heç bir sahədə irəliləyiş edə bilməzsən. 
İnsan ən müxtəlif sahələrdə müəyyən nailiyyətlər əldə edə bilər 
və hər an bu imkanlara malikdir. Ancaq bu nailiyyətlərin əldə olun-
masında da müxtəlifliklər mövcuddur. Sən öz nailiyyətlərinin elmi 
izahını verə bilərsən və bu nailiyyətlər geniş oxucu kütləsi üçün ay-
dın olar. Belə olan təqdirdə sənin düşüncələrin hamının malı olar. 
Çünki sabit daimi, təkrarlanan hər hansı bir fikrin qəbul edilməsi 
labüddür. Ancaq bəzən belə də ola bilər, praktikada tətbiq oluna 
bilən hər hansı bir nailiyyət əldə edilsin, lakin onun təzahürləri-
nin elmi izahı hər hansı dəlillərlə izah edilə bilinməsin. Bu onunla 
bağlıdır ki, hər hansı səbəbi məlum olmayan bir səbəb-nəticəsin-
də yaranan, duyulan və praktikada tətbiq olunan nəticənin səbəbi 
məlum deyildir. Bu hal iki formada ola bilər: – ya təbiətin özündə 
hazır məhsullar şəklində, yəni varlığı inkar edilməzdir, səbəbi isə 
məlum deyil; ya da insanın beyin fəaliyyətindəki hər hansı bir inki-
şafın xüsusiliyi nəticəsində bir çoxlarının duya bilmədiyi nəyi isə 

23


duymaq  mümkün  olsun.  Lakin  bunun  özü  də  iki  hissəyə  ayrılır, 
sən  hansı  bir  xüsusilik  nəticəsində  daha  duyumlu  olmusan,  həm 
də  duyduqlarını  dəlillərlə  izah  edə  bilirsən  və  ya  duyduğun  var-
lıq praktikada özünü göstərir, ancaq təzahürünü dəlillərlə izah edə 
bilmirsən. Yəni hər hansı bir və ya bir neçə sahə üzrə ən inkişaf 
etmiş kəs, həmin dövr üçün elmi yollarla səbəbi aydınlaşdırıla bi-
linməyən nəticələr göstərən şəxs – ekstrasensdir. 
Bizi  əhatə  edən  maddi  aləm  yekcins  deyildir.  Müxtəlif  rən-
garənglik və əlvanlıq bizi əhatə edən aləmin nə dərəcədə mürək-
kəbliyinə sübutdur. Lakin həyatda heç bir şeyi səbəbsiz yaranma-
mışdır. Yəni hər bir mövcudluğun varlığında bir labüdlük var. 
İlk başlanğıcdan bu günə qədər keçilən yol mövcudiyyətin ya-
ranmasına və təkamülünə xidmət etmişdir. Hər bir mövcudluğun 
həyatda öz yeri var və birinin varlığı digərinin varlığının təsdiqidir. 
Maddi aləmdəki müxtəliflik həyatın qanunudur. Bu müxtəliflik hər 
hansı bir varlığın həyatda qazandığı yaşamaq hüququ, vəzifəsidir. 
Haradasa  varlıqların  labüdlüyü  onların  mövcudluğu  ilə  təsdiqlə-
nirsə,  haradasa  varlıqların  yaranması  da  başqa  varlıqların  məhvi 
üzərində  qurulur.  Ona  görə  də  hər  hansı  bir  varlıq  öz  imkanları 
daxilində öz mövcudluğunu qoruyub saxlamaq üçün ümumilikdən 
xüsusiliyə  can  atmışdır  ki,  bu  da  təbiətdə  müxtəlifliyin  yaranma 
səbəblərindən biridir. Müxtəlifliyin başqa bir səbəbi isə öz tələbatı 
olan bir-biri ilə birləşmək imkanına malik bəsit birnövlü ilk baş-
lanğıcların  tələbatlarına  uyğun  bir-birləri  ilə  ən  müxtəlif  şəkildə 
birləşməsidir. 
Təbiətdə müxtəliflik mövcuddur, lakin bu müxtəlifliyin özündə 
həm də daha geniş mənada ümumiliyə meyil var ki, bu da hər bir 
varlığın yaşamaq uğrunda mübarizəsidir. Adicə qara daş parçası da 
öz mövcudluğunu saxlayana qədər yaşayır. Onun mövcudluğu isə 
yaşamaq uğrunda mübarizə deməkdir. 
Ümumiyyətlə, həyatın özü yaşamaq uğrunda mübarizə demək-
dir ki, bu da bütün mövcudluqları əhatə edir və onların yaşamaq 
uğrunda mübarizəsini təsdiqləyir. Hər hansı bir varlığın mövcud 
olması labüd olduğu kimi, bir vaxt onun məhv olması da labüddür. 

24


Lakin hər hansı bir varlıq öz mövcudluğu dövründə müəyyən xü-
susiyyətlərə malik olur. Bu xüsusiyyətlərdə isə əksliklərin vəhdəti 
birləşir. Yəni təbiətdə belə bir qanun var ki, mövcud olan hər hansı 
bir varlığın müəyyən xüsusiyyətlərə malik olmaq tutumu var və bu 
tutum həmin varlığın mövcudluğunda onun tamlığını təşkil edir. 
Bütün bu deyilənləri nəzərə alaraq belə bir nəticəyə gəlməyə əsas 
yaranır ki, təbiətdə belə bir hal mövcuddur: 100 % hər hansı bir 
mövcudluğun tam xüsusiyyətlər tutumu bərabərdir, əksliklərin vəh-
dəti kimi tutumu təşkil edən bir hissə digər bir hissədən böyükdür 
və ya əksinə. Ola bilsin hər hansı bir varlığın xüsusiyyətlərindəki 
əksliklərin vəhdəti arasında bərabərlik olsun. Deməli, əksliklərin 
vəhdəti  arasındakı  bu  bərabərlik  100%  tutumu  təşkil  edəcəkdir. 
Bir ömür çərçivəsində hər hansı bir varlığa yaşamaq hüququ ve-
riləndə onun mövcudiyyətində əksliklərin vəhdəti kimi hökmən bu 
hala əməl olunur. Əksliklərin vəhdəti arasındakı tarazlıq isə həmin 
mövcudluğun varlığındakı xüsusiyyətləri təşkil edir ki, bu da bir 
növ həmin varlığın xarakter göstəricisidir. Hər hansı bir varlıq öz 
xarakterinə görə həyatda öz yerini tutur. Həm də ümumilikdə gö-
türdükdə hər bir mövcudluq müəyyən qruplarda qərarlaşsa da hər 
bir mövcudluğun ayrı-ayrılıqda öz xüsusiyyətləri var ki, bu xüsu-
siyyətlərə görə də hər hansı bir varlıq fərdi şəkildə öz qərarlaşdığı 
qrupda başqalarından seçilir. Bizə məlum oldu ki, bizi əhatə edən 
aləmin maddiliyinin təşkilində bir-biri ilə birləşmək imkanı olan 
bəsit birnövlü mövcudluqlar iştirak etmişlər. Bu maddiliklər əbədi-
dir, ancaq bir şəkildə yox. Çünki hər hansı bir mövcudluq müəyyən 
zaman müddəti üçün varlıqdır. Bəsit birnövlü mövcudluğun heç bir 
növlü mövcudluqla birləşmək imkanı olmayan ikinci bir növü də 
vardır ki, o, yekcins olmayan maddiliklərə nüfuz edə bilir və onlara 
həmin maddiliklərdə yaranan hal vasitəsi ilə təsir edir. Bu ruhdur. 
Ruh əbədidir, lakin onun əbədiyyətə qovuşub sabitləşməsi, parlaq 
nur əldə etməsi üçün müxtəlif təmizlənmə mərhələləri keçməsi la-
büddür və bu təmizlənmə mərhələlərindən biri də insanlardır. 
Ömər Xəyyamın “Mövcudluğun ümumiliyi haqqında” risaləsi-
nin sonunda bu sözlər vardır: – Hermesin, Aqatodemonun, Pifaqo-

:

Kitab -> 2017
2017 -> []
2017 -> Dövlətin intuitiv təfəkkürlə idarə olunması
2017 -> İnsan və təbiət silsiləsindən
2017 -> Mehdi Calal


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


bayl--z----nginliyi.html

bayndr-xann-gygsi--.html

bayqu--bayqu---ltd-gedn.html

bayraim---guranda.html

bayrak---kerbela-olaynda-.html