1 ... 22 23 24 25 26 27 28 29 ... 77

Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol - səhifə 26

səhifə26/77
tarix13.11.2017
ölçüsü2.64 Kb.

:

Kitab -> 2017
2017 -> []
2017 -> Dövlətin intuitiv təfəkkürlə idarə olunması
2017 -> İnsan və təbiət silsiləsindən
2017 -> Mehdi Calal

79


dur. Ən böyük ali varlıq bütün kainatın nizamının ilk başlanğıcıdır. 
Bütün ədalətlilərin ən ədalətlisi ən ali ruhdur. Heç bir varlıq onun 
nizamını poza bilməz, heç bir varlıq onun ədalətliliyindən ədalətli 
ola bilməz. 
Yer kürəsi kainat miqyasında götürdükdə kiçik bir mövcudluq-
dur.  Çünki  kainatda  buna  oxşar  və  bundan  da  böyük  çoxlu  say-
da mövcudluqların olması mümkündür. Lakin bu heç də o demək 
deyildir ki, Yer kürəsi kainatdakı ümumi səbəb-nəticə ardıcıllığın-
da heç bir rola malik deyildir. Yer kürəsindəki hər hansı bir səbəb 
kainatdakı  səbəb-nəticə  ardıcıllığının  müəyyən  bir  istiqamətidir. 
Adicə bir kəpənəyin ölümü ya qalımı kainatdakı ümumi səbəb-nə-
ticə  ardıcıllığının  haradasa  davamı,  haradasa  gələcək  inkişafının 
istiqamətləndiricisi ola bilər. Bizi əhatə edən maddi aləm vahidlik 
kimi qəbul edilərsə, onun daxilindəki hər hansı bir yerdəyişməni 
bu vahidliyin təkamülünə xidmət edən hal kimi qiymətləndirməli-
yik. Çünki bu vahidliyin nizamlayıcısı onun halını yaşayan ən ali 
ruhdur. 
Vahid  maddi  aləm  öz  daxilində  gedən  proseslər  nəticəsində 
hökmən müəyyən hala malik olmalıdır. Ən ali parlaq ruh da bu hala 
nüfuz edib onun halını yaşayır və bu yaşantıdan əldə etdiyi duyğu 
nəticəsində maddi vahidliyin ümumi vəziyyətinin istiqamətini ən 
müxtəlif səbəb-nəticə ardıcıllıqlarının məqsədli nizamlanması ilə 
qərarlaşdırır. Beləliklə, bizi əhatə edən maddi aləm daha mükəm-
məl quruluş və ali məqsədlər üçün nizamlı hərəkət edir. Bizi əhatə 
edən  maddi  aləmin  hər  bir  varlığının  öz  dərkinə  müvafiq  ən  ali 
varlıq  ən  müxtəlif  kiçik  səbəblərin  seçilməsində  sərbəstlik  yara-
dır, lakin böyük səbəbləri, yəni kainatın ümumi səbəb-nəticə ardı-
cıllığında aparıcı rol oynayan səbəblərin istiqamətini ən ali varlıq 
özü verir və ən böyük səbəblərin dəyişilməsi hökmünü də yalnız 
özü qərarlaşdıra bilər. Kainatdakı təkamül prosesinin təcrübəsi onu 
göstərir ki, daha çox dərkə malik varlıqlar daha yaxşı işlər görməyə 
çalışırlar.  Lakin  bu  yaxşı  işlərin  yaxşılığı  hökmən  nisbi  xarakter 
daşıyır və dərkə məxsus mövcudluqların müəyyən dərk səviyyə-
sindən asılıdır. Maddiliklə bağlı mövcudluqların ibtidaisi ilə alisi 

80


arasında bir tərs mütənasiblik var. Maddiliklə bağlı ibtidai varlıq-
larda yalnız təcavüzkarlıq meyilləri var, humanistlik rudument ha-
lındadır. Maddiliklə bağlı ali varlıqların yaxşı işlər görməyə ən çox 
meyilləri  var,  təcavüzkarlıq  tədricən  rudumentə  çevrilir.  Deməli, 
bizi əhatə edən maddi aləmdəki ən ibtidai mövcudluqlarda öz var-
lıqlarını qorumaq üçün yalnız müəyyən qədər təsirə dözüm, ən ali 
varlıqlarda isə onlara təsir edəcək müəyyən səbəblərin istiqamətini 
dəyişməklə bir az daha yumşaq təsir altında yaşamaq imkanı var. 
Ancaq hər halda bizi əhatə edən maddi aləmdə yaşayan varlıqlarda 
maddiliklə bağlı meyillər hökmən olmalıdır. Təmiz idrak məhsulu-
na çevrilmək üçün bizi əhatə edən maddiliklə heç bir bağlılıq ol-
mamalıdır. Belə bir vəziyyətə isə yalnız ən ali varlığa yaxınlaşmaq 
meyli ilə çatmaq olar. Ən ali varlıq ona doğru can atanlara səbir 
dözüm və qüvvət verir. 
İnsan bu gününü düşünəndə sabahını unudur. Bu gün üçün ya-
şamaq  hissiyyata  qulluq  edənlərə  aiddir.  Öz  hisslərinin  rahatlığı 
üçün çalışmaq həm də sabahını zərbə altında qoymaq deməkdir. 
Hissiyyatının rahatlığı üçün görülən işlərdə məqsədsizlik var. Ona 
görə də, hissiyyatla bağlı meyillər müəyyən bədən tələbatının ödə-
nilməsinə verilən cavab reaksiyasıdır. 
Əgər  hər  hansı  bir  şəxs  müəyyən  bilik  və  təcrübəsini  yalnız 
öz  hissiyyatının  tələblərini  ödəmək  üçün  istifadə  edirsə,  olsa-ol-
sa həmin şəxs insandan aşağı səviyyəli, daha imkanlı və təcrübəli 
bir məxluqdur. Çünki əsl insan bu günün düşüncələrində sabahı-
nı yaşatmalıdır. İnsan heyvan deyil, instinktlə bağlı öz imkanları 
daxilində mövcudluğunu qorusun, insan ən ideal vəziyyət uğrunda 
mübarizə  apara-apara  gündəlik  təkamül  prosesinin  iştirakçısı  ol-
malıdır. 
Ruh idarəedici olduğu üçün o, hökmən müəyyən üstünlüklərə 
malikdir. Ona görə də əgər bədən müəyyən hissiyyatla bağlı tələ-
batı uğrunda mübarizə aparırsa, bu ruhun bir vasitə kimi istifadə 
etdiyi bədənin mövcudluğunu qorumaq üçün, müəyyən zəruri tələ-
batı ödəmək üçün verdiyi imkanlara daha çox sərbəstlik əlavə et-
məsi ilə bağlıdır. Deməli, haradasa hissiyyata daha çox bağlılıqda 

81


bədənə sərbəstlik üçün şərait yaranmasına imkan verən ruhdur və 
ona görə də son məsuliyyət ruhun üzərinə düşür. Düzdür, burada 
ruhun mübarizliyi əsas şərtlərdən biri, ruhun normallığı ondan da 
əsas şərtdir, lakin ruhun mübariz olması üçün insan, ruhi vasitəylə 
öz gündəlik hal yaşantılarından duyduğu nəticəyə görə ağılla ən 
düzgün yol seçməlidir. 
Ruhun gücü ilə ağıl hərəkətə gəlir, ağılın seçdiyi yola varlıq söz-
süz əməl edir, yalnız bir şərt istisnalıq təşkil edir: bədənin fiziki im-
kanları. Lakin ağılla idarə olunan hər şey öz qaydasınca olur. Bəzən 
bu qaydanı daha böyük səbəblərlə qarşılaşanda pozmaq cəhdləri də 
olur, ancaq bu mümkün deyildir, çünki o qaydanı nizamlayan ən 
ali varlıq ən kamil ağıla malikdir və ən böyük ağıl sahibinin niza-
mının əksinə getmək ağılsızlıqdır, bu mümkün də deyildir. Bəzən 
belə hallarda, yəni insanların məhdud düşüncələri və laqeydliyi nə-
ticəsində, hər hansı bir səbəbdən Yer kürəsində böhranlı vəziyyət 
yarananda yad varlıqların peyda olması çoxalır. Çünki bizdən daha 
ağıllı varlıqlar hiss edirlər ki, Yer kürəsindəki böhranlı vəziyyət ha-
radasa kainatda ümumi tarazlığın pozulmasına səbəb olar və bu da 
onların gələcək həyatı üçün təhlükə törədə bilər. Həm də buradan 
belə bir nəticə də aydın olur ki, daha az dərkə malik olan varlıqlar 
daha çox dərkə malik olan varlıqların nəzarəti altındadırlar. Demə-
li, həyat sadədən mürəkkəbə doğru keçdiyi təkamül prosesində özü 
üçün  mürəkkəbdən  sadəyə  doğru  bir  təkamül  prosesi  hazırlayır. 
Lakin ən böyük idarə edən ən ali varlığa məxsusdur. Bu idarəçilik 
zəminində insan orta mövqedə dayanır. Lakin buradan belə bir nə-
ticə meydana çıxa bilər ki, idarə edən idarə etdiyini fiziki cəhətdən 
həmişə mənimsəyir, bu maddiliklə bağlı bir haldır, özü də sadədən 
mürəkkəbə doğru getdikcə təcavüzkarlıq meyli azalır. Ən ali varlıq 
isə ən ədalətlidir. 
Səmalılar  imkan  daxilində  insanlardan  uzaq  olmağa  çalışırlar. 
Bunun bir neçə səbəbləri var. Əsas səbəb insanlarla səmalılar ara-
sındakı dərk fərqidir. Səmalılar daha geniş imkanlara və texnologi-
yaya malik olduğundan onların Yer kürəsindəki müəyyən hərəkətlə-
ri və fəaliyyəti insanlar arasında vahimə, heyrət və təəccüb doğurur. 


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


bayraqdar-i---rq-qrb-baki.html

bayssire-jean---delcor--.html

baytarliq---baytarliq-4.html

baytarliq---shif-5.html

baytarliq-tbabt-genetkasi-5.html