1 ... 38 39 40 41 42 43 44 45 ... 96

Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746 - səhifə 42

səhifə42/96
tarix03.05.2018
ölçüsü112 Kb.
növüDərs

(BQH)  təklif  olunmuşdur  və  bir  çox  pestisitlərin  istifadəsinə 
qadağa qoyulmuşdur (ODT tiofos).
Litosferin radioaktiv maddələrlə çirklənməsinin əsas mənbə­
ləri  aşağıdakılardır:  uran  sənayesi,  müxtəlif  növ  nüvə  reak­
torları,  radiokimya  sənayasi,  radioaktiv  tullantıların  emalı  və 
saxlanılan yerləri, nüvə partlayışı və s.
Uran  sənayesi  uran  və  onun  birləşmələrinin  çıxarılması, 
emalı, zənginləşdirilməsi, nüvə yanacağının istehsalı ilə məşğul 
olur.  Uran  sənayesinin  hər  bir  istehsal  sahəsi  biosferi  çirk- 
ləndirə  bilər.  Məsələn,  ftoritli  uranın  zənginləşdirmə  zavodla­
rında  qaz  diffuziyah  oyuq  kaskadlarından  keçirilməsi  zamanı 
UF

6

 ətraf mühitə süzülə bilər.
Böyük  sürətlə  inkişaf  edən  sənaye,  nəqliyyat,  kənd  tə­
sərrüfatı  daha  çox  elektrik enerjisi  tələb  edir  və  bu  yeni  enerji 
mənbələrinin  axtarışını  zəruri  edir.  Ən  perspektivli  nüvə  və 
termonüvə enerji mənbələridir.
Nüvə  enerjisinin  istehsalı  bir  neçə  ardıcıl  mərhələdən  iba­
rətdir:  uran  şaxtalarında  nüvə  yanacağının  çıxarılması,  lazımi 
halda  onun  zavodlarda  zənginləşdirilməsi,  yanacağın  “tərkib 
hissələrinin” istehsalı,  onların reaktora yerləşdirilməsi  və xüsu- 
siləşdirilmiş müəssisəyə göndərilməsi.
Ətraf  mühitin  çirklənməsi  ehtimalı  göstərilən  əməliyyat­
lardan əhəmiyyətli dərəcədə müxtəlifdir.
Şaxtalardan  xammalın  çıxarılması  və  zənginləşdirilməsi 
zamanı ətraf mühitin çirklənməsi böyük deyildir. Ən ciddi çirk­
lənmə  nüvə  yanacağım  istehsal  edən  zavodlarda  baş  verir. 
Müasir tipli nüvə reaktorları iki halda radioaktiv çirklənmə ya­
radırlar: normal iş zamanı və qəza vəziyyətində.
Atom müəssisələrində  ən təhlükəli  qəza -   I  dərəcəli  soyutma 
dövrünün pozulmasıdır.
Məlum  olduğu  kimi  ağır  metalların  (qurğuşun,  civə,  kad- 
mium,  molibden  və  s.),aerozollar  və  radioaktiv  tozları  sənaye 
müəssisələri  tərəfindən  atmosferə  tullanır  və  atmosfer  yağın­
tıları ilə torpağa daxil olurlar.
166
Beləliklə,  torpağın  gübrələrdə  olan  ağır metallarla çirklən­
məsinə,  sahələrin pestisidlərlə (mis  duzları,  qurğuşun  arsenatı) 
işlənməsi  nəticəsində  yaranan  çirklənməni  də  əlavə  etmək 
lazımdır.
Pestisidlərin  çoxu  torpaqda  aylarla  və  illər  ərzində  qala  bi­
lərlər.  Məsələn, DDT-nin  suda yarımparçalanma müddəti  10  il, 
dieldrinin  ki,  isə  20  ildən  artıq  qiymətləndirilir.  Pestisidlər  is­
tifadə olunan sərhədlərdən çox uzaq məsafələrə yayıla bilirlər.
Çirkləndiricilərin torpaqda təsir dərəcəsini  müəyyən etmək 
üçün,  onlardan  nümunələr  götürülərək  analiz  edilir.  Torpaq 
nümunələrinin çəkisi 

.

-

0 . 8

 kq miqdarında götürülür.
Analiz  nəticəsində  torpaq  örtüyünün  ağır  metallarla  çirklən­
məsinin xəritə sxemləri tərtib olunur və burada texnogen tullan­
tıların  miqdarı  və  kimyəvi  tərkibi,  tullantıların  yayılmasının 
meteoroloji  şəraiti  göstərilir.  Əsas  xəritələrdən  bunların  fərqi 
ondadır  ki,  ağır  metalların  maksimal  konsentrasiyası  torpağın 
ən yuxarı qatında yerləşir.
Torpağda  çirkləndirici  elementlərin  (ağır  metalların)  təyin 
olunması  müxtəlif  üsullarla  aparılır:  kimyəvi,  instrumental, 
atom  absorbsion,  kimyəvi  spektral,  rentgen  flüoressent  və 
neytral aktivasiya və s.
Torpağın  kimyəvi çirklənməsinin norması  buraxılabilən  qatı- 
lıq həddinə (BQH) görə təyin olunur. Qiymətinə görə (BQH) su 
üçün  və  hava  üçün  qəbul  olunmuş  buraxılabilən  qatılıq  həddi 
müəyyən  qədər  fərqlənir.  Bu  fərq  onunla  izah  olunur  ki,  tor­
paqdan insan  orqanizminə daxil olan  zəhərli  maddələr torpaqla 
təmasda olan obyektdən (su, hava, bitki) keçir.
BQH  -   kimyəvi  maddənin  (şumlanmış  1  kq  torpaqda  mq- 
larla) elə  bir qatılığıdır ki,  torpaqla təmasda olan  mühitə  və  in­
san orqanizminə bilavasitə və ya dolayı yolla mənfi təsir göstər­
məsin.  O  həmçinin  torpağın  öz-özünə  təmizlənməsi  qabiliyyə­
tinə  də  təsir  etməməlidir.  Kimyəvi  maddələrin  mühitdə  yayıl­
masından asılı olaraq 4 növü mövcuddur.
167

TV  -   translokasiya  göstəricisi  -   maddələrin  torpaqdan  yaşıl 
kütləyə və bitkilərin meyvələrinə keçməsini xarakterizə edir.
MA  -   miqrasiyalı  hava  göstəricisidir  -   kimyəvi  maddələrin 
torpaqdan atmosferə keçməsini xarakterizə edir.
MV -  miqrasiyalı  su  göstəricisidir -  kimyəvi maddələrin tor­
paqdan  yeraltı  sulara  və  su  mənbələrinə keçməsini  xarakterizə 
edir.
OS -  ümumi  sanitar  göstəricisi  kimyəvi  maddələrin  torpağın 
öz-özünə təmizlənmə və  torpağın canlı  mühitə təsirini  xarakte­
rizə  edir.  BQH  mövcud  olmayan  yeni  kimyəvi  birləşmələr 
tətbiq  olunduqda  müvəqqəti  buraxılabilən  həddindən  istifadə 
olunur (MBQH).
MBQH=  1.23 + 0.48 BQH
burada BQH - ərzaqlar üçün  buraxılabilən qatılıq həddi (tərə­
vəz və qida məhsulları), mq/kq.
Torpağın çirklənmə dərəcəsinə görə təsnifatı  kimyəvi  mad­
dələrin  buraxılabilən miqdarına və onların  fonunun çirklənmə­
sinə  görə  aparılır.  Torpaq  çirklənmə  dərəcəsinə  görə  aşağıdakı 
qruplara bölünür:
l)çox çirklənmiş, 2) orta çirklənmiş, 3) zəif çirklənmiş.
Çox  çirklənmiş  qrupa  elə  torpaqlar  daxildir  ki,  onların  tər­
kibində çirkləndirici maddələr buraxılabilən miqdardan bir neçə 
dəfə  çox  olsun  və  bioloji  məhsuldarlığı  aşağı,  fiziki-kimyəvi, 
kimyəvi və bioloji xarakteristikasında ciddi dəyişiklik olsun.
Orta  çirklənmiş  qrupa  elə  torpaqlar  daxildir  ki,  onlarda  bu- 
raxılabilən  hədd  qatılığına  artması  torpağın xassələrinə  heç  bir 
təsir göstərməsin.
Zəif çirklənmiş torpaqlara elə torpaqlar aiddir ki, tərkibindəki 
kimyəvi  maddələr  buraxılabilən  hədd  qatdıqdan  yüksək  olma­
malı, təbii fondan yüksək olmalıdır.
Torpağın  çirklənmə  qatdığının  əmsalı  Ns aşağıdakı  formula 
ilə təyin edilir.
168

5


5


və ya 

Ns


 

S p d k
burada:
S-çirklənmiş maddələrin ümumi miqdari;
Sf- çirkləndiricilərin orta fon miqdarı;
Sbqh- çirkləndirici maddələrin buraxılabilən hədd qatılığı.
Beləlikə,  ETT-nin  inkişafı,  istehsal  alətlərinin  təkmilləş­
dirilməsi  və  əhalinin  sürətlə  artması  ilə  əlaqədar  cəmiyyətin 
torpağa göstərdiyi təsir getdikcə  gərginləşir.  İndi insanlar yerin 
dərinliklərinə müdaxilə edir, mineral xammal,  yanacaq -  enerji 
ehtiyatlan əldə etmək  məqsədilə dənizlərin dibini mənimsəyir, 
yerin dərin laylarında  axtanş aparırlar.  Karxanaların, mədənlə­
rin  səmərəli  istismarı,  yerin  təkindən  çıxarılan  faydalı  qazıntı­
ların kompleks istifadəsi, qazılıb alt-üst edilməsi torpaqların re­
kultivasiyası,  qırılmış  meşələrin  yenidən  bərpası,  təbiəti  mü­
hafizə  tədbirlərinin həyata keçirilməsini tələb edir. Faydalı  qa­
zıntı  mədənləri, daş karxanaları başlıca olaraq  dağ və dağətəyi 
zonalarda  yerləşir.  Həmin  mədənlərin  istismarı  vaxtı  burada 
münbit  dağ  -  meşə,  torflu  -   çəmən,  dağ  -   çəmən  şabalıdı  tor­
paqların məhsuldar qatı qazılıb kənara  atılır, vadilərə, çay dərə­
lərinə  tökülür.  İstifadədən  çıxan  belə  torpaqlar  isə  ətraf me­
şələrin,  çəmənlərin  üzərini  örtür,  onları  məhv  edir.  Yuxarıda 
qeyd  olunanlar Azərbaycan ərazisindən də yan keçməmişdir.
Uzun müddət fasiləsiz olaraq üzüm, pambıq, tərəvəz,  taxıl 
altında  istifadə  edilən  torpaqların  xeyli  hissəsi  müxtəlif də­
rəcədə şorlaşmaya  məruz qalmışdır. Bu baxımdan torpaq erozi­
yasına qarşı  tədbirlərin həyata keçirilməsi, torpaq  əmələgətirici 
orqanizmlərin  normal  inkişafına  şərait  yaradılması,  müxtəlif 
səbəblər  üzündən  korlanmış,  zibillənmiş  mazuta  batmış  tor­
paqların  məhsuldarlığının təbii  və süni  yollarla  bərpası, qazıl­
mış, korlanmış torpaqların  rekultivasiyası, torpaq  israfçılığının 
aradan qaldırılması mühüm  əhəmiyyət kəsb edir.
169

:

front -> files -> libraries -> 2113 -> books
books -> Aparan yol kimi
books -> Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada
books -> Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı
books -> Aydın Əli-zadə
books -> Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ
books -> []
books ->   1 Ramiz Dəniz


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


clasificare.html

clasificarea-tnm--.html

class--3-two-year-old.html

class-.html

class-18---.html